AZ

Rumıniyaya düşən PUA Rusiyanındır, amma... Prezident aydınlıq gətirdi

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rumıniyanın Qalats şəhərindəki yaşayış binasına çırpılan PUA Rusiyanındır. PUA Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən Reni şəhəri üzərində vurulduqdan sonra uçuş trayektoriyasını dəyişib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Rumıniya Prezidenti Nikusor Dan Qalatsda keçirilən mətbuat konfransında deyib.

"Şərqdən 43 PUA gəlirdi. Ukrayna ərazisindən keçərkən onların bəziləri vurulub və onlardan biri, ehtimal ki, Reni şəhəri üzərində vurulandan sonra uçuş trayektoriyasını dəyişərək Qalatsiyə doğru istiqamətlənib", - deyə prezident bildirib.

Xatırladaq ki, Rusiya PUA-sı mayın 28-dən 29-na keçən gecə saat 2:00 radələrində Qalatsdakı yaşayış binasına çırpılıb. Bir qadın və 14 yaşlı uşaq xəstəxanaya yerləşdirilib. Təxminən 70 nəfər təxliyə edilib.

Dan hadisəni "Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin başlanğıcından bəri Rumıniya ərazisində təhlükəsizlik baxımından ən ciddi hadisəsi" adlandırıb. O, baş verənləri NATO-nun Baş katibi Mark Rutte ilə müzakirə edib və Konstansadakı Rusiya konsulluğunun bağlandığını elan edib. Rumıniya Prezidenti vurğulayıb ki, "Hadisəyə görə tam məsuliyyət Rusiyanın üzərindədir".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
azpolitika.info

1Mənbələr