AZ

Kürün səviyyəsi yüksəldi, kənddə vəziyyət pisləşdi

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son günlər müşahidə olunan güclü yağıntılar nəticəsində Kür çayında suyun həcmi artıb və bu, sahilboyu ərazilərdə yaşayan sakinlər üçün müəyyən problemlər yaradıb.

Milli.Az xəbər verir ki, suyun səviyyəsinin yüksəlməsi qrunt sularının da qalxmasına səbəb olub. Nəticədə Salyan rayonunun Pambıqkənd kəndində bəzi həyətlər, bağ və əkin sahələri su altında qalıb. Kənd sakinləri bildirirlər ki, yaranmış vəziyyət təsərrüfat işlərinə mənfi təsir göstərərək bir sıra sahələri istifadəyə yararsız hala salıb.

Məsələ ilə bağlı Qaraçala inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən bildirilib ki, problem barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Rayonun fövqəladə hallar komissiyasına müraciət edildiyi, yaxın vaxtlarda əraziyə baxış keçirilərək vəziyyətin qiymətləndiriləcəyi və zəruri tədbirlərin görüləcəyi qeyd olunub. 

Asya

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
2
news.milli.az

3Mənbələr