AZ

ÇL finalında nəhəng duel: PSJ “Arsenal”a qarşı

BAKI, 30 may. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün qalibi bəlli olacaq.

Teleqraf xəbər verir ki, finalda son çempion PSJ İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq.

Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək görüş Bakı vaxtilə saat 23:00-da start götürəcək.

PSJ ardıcıl ikinci Çempionlar Liqası titulunu qazanmağa çalışacaq. “Arsenal” isə klub tarixində ilk dəfə bu kuboku başı üzərinə qaldırmağı hədəfləyir.

Qeyd edək ki, komandalar UEFA turnirlərində indiyədək 7 dəfə üz-üzə gəlib. Tərəflərin hərəsi 2 qələbə qazanıb, 3 matç isə heç-heçə başa çatıb.

Seçilən
41
1
teleqraf.com

3Mənbələr