AZ

Bu gün Çempionlar Liqasında FİNAL OYNANILIR

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bu gün UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün final oyunu keçiriləcək.Modern.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək final matçında Fransanın PSJ və İngiltərənin "Arsenal" komandaları üz-üzə gələcək.

Görüşü almaniyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi UEFA-nın elit kateqoriyalı referisi Daniel Zibert olacaq. Ona yan xətlərdə həmyerliləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. VAR otağında isə digər bir almaniyalı hakim Bastian Dankert əyləşəcək.

Budapeştdəki "Puskas Arena"da keçirləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, PSJ ötən il Çempionlar Liqasının qalibi olub."Arsenal" isə tarixində ilk dəfə Çempionlar Liqasının finalına çıxıb.

UEFA Çempionlar Liqası

Final

30 may

20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
modern.az

1Mənbələr