AZ

Putin Hitlerdən sitat gətirib Gebbelsin ayağına yazdı…



Astana sammitindəki çıxışında Avropa Birliyinin Rusiyanın Aİ-yə qarşı müharibə hazırladığı iddialarını "cəfəngiyat və yalan" adlandıran Rusiya prezidenti Putin bunu medianın "kütləvi aldatma vasitəsi" kimi təsvir edib.

Bu barədə “Doyçe Velle”nin xəbərində deyilir. Bildirilir ki, çıxışında "yalan nə qədər inanılmaz olsa, bir o qədər tez inandırar" ifadəsini misal gətirən Rusiya prezidenti, yanlışlığa yol verərək, bunu Üçüncü Reyxin İctimai Maarifləndirmə və Təbliğat naziri Jozef Gebbelsə aid edib.

Əslində isə, "Bu cənablar düzgün hesablamadan irəli gəldilər ki, yalan nə qədər dəhşətli olsa, insanlar sizə bir o qədər tez inanacaqlar" parçası Adolf Hitlerin 1925-1926-cı illərdə nəşr olunmuş "Mənim mübarizəm" (Mein Kampf) kitabında yer alır və Gebbels heç vaxt oxşar açıqlamalar verməyib.

SAMİRƏ

Seçilən
73
baki-xeber.com

1Mənbələr