BAKI, 30 may. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının (SOUTHCOM) rəhbəri Frensis Donovan Kuba hərbi rəhbərliyinin nümayəndələri ilə Quantanamo bazası yaxınlığında görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, görüşdə Kuba İnqilabi Silahlı Qüvvələri nazirinin birinci müavini, Baş Qərargah rəisi Roberto Leqra Sotolonqo və Kuba hərbi komandanlığının digər nümayəndələri iştirak ediblər.
Tərəflərin görüş zamanı əməliyyat təhlükəsizliyi ilə bağlı məsələləri qısa şəkildə müzakirə etdiyi bildirilib.
Görüşün digər detalları açıqlanmayıb.