AZ

London NATO vasitəsilə Rumıniyadakı hərbi hava qüvvələrini artırmağa hazırdır

Böyük Britaniya Qalats şəhərində Rusiya dronu ilə bağlı baş verən insidentlə əlaqədar Rumıniyaya əlavə döyüş təyyarələrinin göndərilməsi variantını nəzərdən keçirir.

"Far.Az"un xəbərinə görə, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Kral Hərbi Hava Qüvvələrinin qırıcıları ölkənin hava məkanında NATO-nun patrul missiyalarını təmin etmək üçün artıq Rumıniya ərazisində cəlb olunublar. Ehtiyac yaranacağı təqdirdə, bu mövcudluğun gücləndirilməsinə kömək etmək üçün Şimali Atlantika Alyansının Baş katibi ilə qarşılıqlı fəaliyyət göstərmək niyyətindəyik", - müdafiə idarəsinin rəhbəri yazıb.

"The Times" qəzeti dəqiqləşdirib ki, hazırda Rumıniya ərazisində ölkənin hava məkanının qorunması üzrə dörd aylıq missiyanı yerinə yetirən dörd "Typhoon" qırıcısından ibarət qrup yerləşdirilib.

Qeyd edək ki, mayın 28-dən 29-na keçən gecə Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanını pozaraq çoxmrtəbəli yaşayış binasına çırpılıb, nəticədə yanğın baş verib və iki nəfər yüngül xəsarət alıb.

Seçilən
76
far.az

1Mənbələr