Yaşı 30-u keçən kişilər niyə hər gün pomidor yeməlidir?
Uroloq Gilermo Konde Santos kişilərin uzun illər prostat sağlamlığını qoruması üçün beş əsas vərdişi açıqlayıb. Mütəxəssis xüsusilə qidalanma rejimi və aktiv həyat tərzinin xərçəng riskini azaltdığını bildirib.
Həkimin ilk tövsiyəsi rasiona tərkibində likopin olan məhsulların daxil edilməsidir. Güclü antioksidant sayılan bu maddə prostat vəzini qoruyur. Santos pomidor, qarpız və papayanın faydalı olduğunu vurğulayaraq kofein, spirtli içkilər, acı və çox ədviyyatlı yeməklərdən uzaq durmağı məsləhət görüb.
Digər vacib şərt mütəmadi müayinədir. Xüsusilə 50 yaşdan yuxarı kişilər risk qrupunda olduğu üçün ildə bir dəfə uroloq nəzarətindən keçməlidir. Profilaktika məqsədilə həftədə ən azı iki dəfə ejakulasiyanın əhəmiyyəti də xüsusi qeyd olunub.
Fiziki aktivliyin qorunması üçün gündə ən azı 45 dəqiqə hərəkətdə olmaq və orqanizmin su balansını təmin etmək lazımdır. Mütəxəssislər sidik-cinsiyyət sistemində yaranan hər hansı göynəmə və narahatlıq zamanı vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edir.
Aytən
Demokrat.az