AZ

Ağ Evdəki iclas yekunlaşdı: Trampın qərarı...

ABŞ Prezidenti Donald Trampın İran sazişi ilə bağlı keçirdiyi iclas yekunlaşıb. Amerika lideri iclası hər hansı qərar qəbul etmədən başa vurub.

Publika.az xəbər verir ki, bunu "The New York Times" qəzeti ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Prezident Trampın iclası təxminən 2 saat davam edib, lakin o, İranla hər hansı yeni saziş barədə qərar qəbul etməyib.

Qeyd edək ki, bundan əvvəl Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə Vəziyyət Otağında görüş keçirdiyini elan etmişdi.

Seçilən
16
publika.az

1Mənbələr