AZ

Xərçəngin aqressiv növünə səbəb olan gözlənilməz amil açıqlandı

Artıq çəki nəinki süd vəzi xərçəngi riskini artırır, həm də xəstəliyin daha təhlükəli və aqressiv formaya keçməsinə şərait yaradır. Oklahoma Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər.

Tədqiqatlar göstərir ki, piylənmədən əziyyət çəkən qadınlarda şişin ətrafında güclü iltihablı mühit formalaşır. Belə vəziyyətdə immun hüceyrələri xərçənglə mübarizə aparmaq əvəzinə, onun böyüməsinə kömək edir. Eyni zamanda, şiş hüceyrələri maddələr mübadiləsini dəyişərək daha çox enerji əldə edir və sürətlə inkişaf etmək üçün əlverişli zəmin yaradır.

Alimlər müəyyən ediblər ki, artıq çəkili pasiyentlərdə xərçəng hüceyrələri ilə yanaşı, ətrafdakı toxumalar da bu prosesə cəlb olunur. Bu qarşılıqlı əlaqə bədxassəli olmayan şişin qısa müddətdə invaziv, yəni ətraf toxumalara yayılan formaya çevrilməsinə səbəb olur. Həmçinin piylənmə zamanı bədəndə "SULF2" adlı fermentin səviyyəsi yüksəlir ki, bu da xəstəliyin irəliləməsində mühüm rol oynayır.

Qeyd edək ki, iltihab prosesini azaltmaq üçün bəzi qida məhsullarının faydalı olduğu bildirilir. Məsələn, pomidor və soya şirəsinin artıq çəkidən əziyyət çəkən insanlarda iltihabı qismən azaltdığı müşahidə olunub.

Demokrat.az
Seçilən
33
1
demokrat.az

2Mənbələr