Azərbaycanda regionlar üzrə təhsil səviyyəsindəki fərqlər uzun illərdir müzakirə olunan məsələlərdən biridir.
Publika.az xəbər verir ki, Modern.az-ın əhalinin sonuncu siyahıyaalınmasının nəticələri əsasında apardığı hesablamalarda ölkəmizdə ali təhsilli əhalinin payına görə ilk beşlikdə Yasamal (27 faiz), Səbail (26,4 faiz), Nəsimi (25,2 faiz), Nərimanov (24,5 faiz) və Binəqədi (23,7 faiz) rayonları yer alır.
Ən aşağı göstəricilər isə Cəlilabad (5,3 faiz), Ucar (5,9 faiz), Hacıqabul (6 faiz), Sabirabad (6 faiz) və Xaçmaz (6,2 faiz) rayonlarında qeydə alınıb.
Aşağıda rayon və şəhərlər üzrə ali təhsilli əhalinin sayı, magistr və doktorantura səviyyəsi, eləcə də əhalinin ümumi sayına nisbətdə ali təhsillilərin payı təqdim olunur:
Paytaxt və rayonları üzrə göstəricilər: