Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Hollivud ulduzu Nikolas Keyc rəsmi olaraq soyadını dəyişdiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə o, "Variety" nəşrinə müsahibəsində danışıb. Aktyor bildirib ki, artıq sənədlərdə də Nikolas Keyc adını daşıyır.
Əsl adı Nikolas Kim Koppola olan aktyor məşhur Koppola ailəsinə mənsubdur. O, karyerasının əvvəlində qohumları ilə əlaqələndirilməmək üçün “Keyc” soyadını seçib. Bu ada isə Lyuk Keyc obrazı və bəstəkar Con Keycdən ilhamlanaraq qərar verib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.