AZ

Ebola epidemiyası səbəbindən sərhədlər bağlanacaq?

"Konqo Demokratik Respublikasına səfər edən insanların digər ölkələrə giriş qadağaları Ebola epidemiyasının qarşısının alınmasına güclü təsir göstərməyəcək".

Moderator.az-ın EFE nəşrinə istinadən xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

"ÜST səyahətlərə qadağa qoyulmamasını tövsiyə edir, çünki bu cür tədbirlər çox kömək etməyəcək. Bu tədbirlər xəstəliyin yayılmasını bir neçə gün yavaşlada bilər, ancaq bundan artıq yox", - deyə o bildirib.

Həmçinin əlavə edib ki, əsas səbəbin aradan qaldırılmasına və lazımi dəstəyin göstərilməsinə diqqət yetirmək daha məqsədəuyğun olardı.

Hazırda Baham adaları, Bəhreyn, İordaniya, Kanada, Meksika, Ruanda, ABŞ Konqo Demokratik Respublikası, Uqanda və Cənubi Sudandan olan səyahətçilərə giriş məhdudiyyətləri tətbiq edib. Həmçinin Uqanda da Konqo və Cənubi Sudandan səyahətçiləri qəbul etmir.

Qeyd edək ki, daha əvvəl ÜST Konqo Demokratik Respublikasında Ebola epidemiyasının risk səviyyəsini "yüksək"dən "çox yüksəyə" qaldırmışdı. Risk Saharadan cənubda Afrika ölkələrində regional səviyyədə "yüksək", qlobal miqyasda isə "aşağı" olaraq qalır.

Seçilən
25
1
moderator.az

2Mənbələr