AZ

Peskov: Ermənistanın Aİ ilə inteqrasiyası Avrasiya İqtisadi İttifaqının normaları ilə ziddiyyət təşkil edəcək

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Moskva, 29 may, AZƏRTAC

Ermənistan Avropa İttifaqına yaxınlaşdıqca, qəbul etdiyi norma və qaydalar qaçılmaz olaraq Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində öhdəlikləri ilə ziddiyyət təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Aİİ sammitindən sonra Ermənistanın Avropa İttifaqı ilə eyni vaxtda inteqrasiyası və ölkənin Avrasiya İqtisadi İttifaqında iştirakı perspektivlərini şərh edərkən bildirib.

“Ermənistan Aİ-yə yaxınlaşdıqca, qəbul etdiyi normaların Aİİ-nin norma və qaydaları ilə ziddiyyət təşkil edəcəyi bir vəziyyətə düşəcək. Fakt fakt olaraq qalır – bu, mümkün deyil”, - deyə o, jurnalistlərə bildirib.

Kremlin sözçüsü həmçinin vurğulayıb ki, İrəvanın Aİ-yə yaxınlaşmaq istəyi ölkənin suveren hüququdur, lakin bu proses Aİİ dövlətlərinin hesabına həyata keçirilməməlidir.

D.Peskovun fikrincə, Rusiya tərəfinin bu məsələ ilə bağlı mövqeyi son dərəcə aydındır və heç bir qeyri-müəyyənlik ehtiva etmir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
azertag.az

1Mənbələr