AZ

Kreml Rusiyada yaşayan 100 min ermənini səs vermək üçün Ermənistana göndərmək istəyir

Rusiya hakimiyyəti Ermənistanda keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın rəqiblərinə dəstək məqsədilə genişmiqyaslı plan müzakirə edib...

Poliqon xəbər verir ki, Reuters agentliyi dörd mənbəyə istinadən yazıb. Agentlik xəbər verir ki, Kreml son aylarda Rusiyada yaşayan Ermənistan vətəndaşlarını vətənə göndərərək onları parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəqiblərinə səs verməyə təşviq etməyi nəzərdə tutan planı müzakirə etdiyi iddia olunur.

Mənbələrin sözlərinə görə, Rusiya hakimiyyəti təxminən 100 min seçicinin daşınmasının mümkün xərclərini hesablayıb və bu məqsəd üçün təqribən 50 milyon ABŞ dolları məbləğində vəsait nəzərdə tutulub. Bildirilir ki, plan çərçivəsində Rusiyanın müxtəlif regionlarından nə qədər Ermənistan vətəndaşının göndərilməli olduğu ilə bağlı kvotalar müəyyənləşdirilib.

Reuters-in həmsöhbətləri iddia ediblər ki, may ayının ortalarına doğru Kremlin regional hakimiyyət orqanlarına konkret göstərişlər verərək, hər bölgədən göndəriləcək ermənilərin sayı barədə hesabat təqdim etmələrini tələb etdiyi bildirilib. Mənbələrin sözlərinə görə, yerli idarəetmə strukturlarından hazırlıq prosesinə dair məlumatların toplanmasına başlanılıb.

Bununla belə, Reuters jurnalistləri qeyd ediblər ki, sözügedən planın praktikada həyata keçirilib-keçirilmədiyini müəyyənləşdirmək mümkün olmayıb. Həmçinin, belə bir seçici kütləsinin Ermənistan parlament seçkilərində əsas siyasi qüvvələr arasındakı səs fərqinə nə dərəcədə təsir göstərə biləcəyi də qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, Ermənistanın daxili siyasi gündəmində son dövrlərdə Nikol Paşinyan hakimiyyəti ilə müxalif qüvvələr arasında rəqabət davam edir və ölkədə növbəti parlament seçkiləri regionda diqqətlə izlənilən siyasi proseslərdən biri hesab olunur.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr