AZ

Keyn coşdu, “Bavariya” kubokda həsrətə son qoydu

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ötən həftənin şənbə günü Almaniyada futbol mövsümünə yekun vuruldu. "Football-plus.az" xəbər verir ki, Berlindəki nəhəng “Olimpiyaştadion” adəti üzrə kubokun finalına evsahibliyi etdi. Bu dəfə finalda “Bavariya” ilə “Ştutqart” üz-üzə gəldi. Təbii ki, Münhen nəhəngi aşkar favorit sayılırdı. Özü də komanda sonuncu dəfə kuboku 2020-də qazanmışdı. Həsrətə son qoymaq istəyi də sözsüz, “rekormdayster” üçün əlavə motivasiya idi. Kubokun son qalibi statusunda olan “Ştutqart” isə tarixində ilk dəfə bu turniri ardıcıl iki mövsüm qazana bilərdi. Bu mövsüm ölkədaxili turnirlərdə rəqiblərinə göz açmağa imkan verməyən Vensan Kompaninin komandası bundesliqada iki oyuna şvabiyalılara 9 top vurmuşdu. Nəticəyə baxmayaraq, finalın münhenlilər üçün asan keçdiyini söyləmək olmaz. İlk yarı maraqsız alındı və qapılar önündə, demək olar, heç bir təhlükə yaranmadı. Ümumiyyətlə, hesab açılana qədər meydanda bərabər mübarizə gedirdi.İkinci hissə fanatların çoxsaylı fişəng və petardlar yandırması ilə başladı. Göz-gözü görmədiyindən oyunda müəyyən fasilə yarandı. Fasilə bitən kimi isə Keyn hesabı açdı. O, Olisenin sağ cinahdan əla asmasını başla tamamladı. Sebastyan Hönessin komandası buraxılan qoldan sonra bir qədər fəallaşsa da, zədəli Noyeri əvəzləyən Urbiqi məyus etmək mümkün olmadı. Son anlarda isə “Ştutqart” tam “ağ bayraq qaldırdı”. Bütün mövsümü inanılmaz səviyyədə keçirən Keyn finala da damğa vurdu. Onun ikinci qolu xüsusilə baxımlı alındı. Təcrübəli forvardın əvvəlcə ilk zərbəsi tirdən döndü. Hücumun ikinci dalğasında isə top yenə Keynə gəldi və o, şansı boşa vermədi. Keyn son saniyələrdə penaltini də dəqiq yerinə yetirməklə ardıcıl 2-ci, bu mövsüm 13-cü dəfə bir oyunda ən azı 3 top vurdu! Keyn klub futbolunda mövsümü 51 oyuna 61 qol göstəricisi ilə tamamladı. XXI əsrdə “böyük beşlik”də bir mövsümə 60-dan çox qolu yalnız Lionel Messi (2011/12, 73) və Kriştiano Ronaldo (2014/15, 61) vurmuşdu. 33 yaşlı hücumçu həm də “Bavariya”da 147-ci oyunda vurduğu qolların sayını 146-ya çatdırdı. O, Aryen Robben (144) ilə Diter Hönessi (145) geridə qoyaraq klub tarixinin ən məhsuldar oyunçuları siyahısında 7-ci pilləyə yüksəldi. Keyn, Dias, Olise “üçlüy”ü mövsümü 109 qolla bitirdi! Sonuncu dəfə “böyük beşlik”də bundan daha yaşı göstərici yaxalayan “üçlük” 2016/17-də “Barselona”da Messi, Suares, Neymar olub (111 qol). Daha bir möhtəşəm fakt odu ki, “Bavariya” bu mövsüm bütün (!) rəsmi oyunlarda qol vurmağı bacardı. Bu, klub tarixində 2020/21-dən sonra ikinci belə haldı. Beləliklə, “Bavariya” 2020-dən bəri ilk dəfə “qızıl dubl” etdi və tarixində 21-ci dəfə ölkə kubokunun qalibi oldu. Bu göstəricidə “Verder” 6 qələbə ilə ikinci pillədə qərarlaşıb. Onu da bildirək ki, avqustun 22-də keçiriləcək Superkubokda “Bavariya” ilə Dortmund “Borussiya”sı qarşılaşacaq. “Arılar” bundesliqada mövsümü 2-ci pillədə tamamladıqları üçün Superkubok uğrunda oynamaq haqqı qazanıb. finalBavariya – Ştutqart 3:0 (0:0)Bavariya: Urbiq, Laymer (Bişof, 90+5), Upamekano, Ta, Stanişiç (İto, 90+5), Kimmix, Pavloviç (Qoretska, 90), Olise (Gerreyro, 90+5), Musiala (Karl, 77), Dias, Keyn.Ştutqart: Nübel, Levelinq, Jak (Yeltş, 64), Hendriks, Şabo, Mittelştadt, Ştiller, Andres (Narti, 84), Demiroviç (Tomas, 84), Fürix (Əl-Xannus, 78), Dəniz Undav.Qollar: Keyn, 55 (1:0). Keyn, 80 (2:0). Keyn, 90+2-p. (3:0).Vərəqələr: Fürix, 54. Şabo, 83 – sarı.Hakim: Sven Yablonski (Bremen).23 may. Berlin. 74036 tamaşaçı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
6
icma.az

9Mənbələr