AZ

Oğlunun arzusunu ürəyində qoydu

“Oğlum 10-cu sinifə keçir. Təhsilini xaricdə almaq istəyir. Buna icazə vermirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Yeganə Mürsəlova “Qonaqcanlı” verilişində deyib.

Sənətçi oğlu Ömərdən danışaraq onun arzusunu gerçəkləşdirməyəcəyini bildirib:

“Mənim işimlə bu vəziyyət çox da uyğun gəlmir. Açığı, ürəyimin yarısı onda qalacaq. O, 2 yaşına qədər bütün səfərlərimdə mənimlə olub. İndi isə hər gün yanımdadır. Dərs bitəndə 4 ayını İstanbulda - atasının yanında keçirir. Məktəb başlayanda yenə mənim yanımda olur. İstəyirəm universitedə də burada daxil olsun”.

Qeyd edək ki, ifaçı Fateh adlı Türkiyə vətəndaşı ilə ailə qurub. (Axşam.az)

Bizim.Media

Seçilən
24
31
bizim.media

10Mənbələr