AZ

Fransalı müdafiəçi Liverpul dan ayrıla bilər

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Liverpul" heyətində ciddi dəyişiklik etməyə hazırlaşır. Sport24.az "Sky Sport"a istinadən xəbər verir ki, mersisayd təmsilçisi mərkəz müdafiəçisi İbrahima Konate ilə yollarını ayırmağa hazırlaşır.

Klub rəhbərliyi fransalı futbolçu ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparsa da, tərəflər ortaq məxrəcə gələ bilməyib. Bu səbəbdən 27 yaşlı müdafiəçinin mövsümün sonunda komandanı azad agent kimi tərk edəcəyi gözlənilir.

​Qeyd edək ki,  2021-ci ilin yayında "RB Leyptsiq"dən transfer olunan Konate "Liverpul"un heyətində ümumilikdə 183 rəsmi matçda meydana çıxıb. O, bu müddətdə Mersisayd klubu ilə bir dəfə İngiltərə Premyer Liqasının, bir dəfə İngiltərə Kubokunun və iki dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
39
sport24.az

10Mənbələr