AZ

Çin Pakistanın İran ABŞ vasitəçilik səylərinə dəstək verəcək

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin İran və ABŞ arasında münaqişənin həlli istiqamətində Pakistanın vasitəçilik təşəbbüslərini dəstəkləyəcəyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Nyu-Yorkda pakistanlı həmkarı İshaq Darla görüşündə bildirib.

Van İ qeyd edib ki, Pakistan danışıqlarda fəal və etibarlı vasitəçi rolunu oynayır.O vurğulayıb ki, Pekin bütün tərəflərin dialoq və danışıqlara sadiq qalmasını, atəşkəsin möhkəmlənməsini və Yaxın Şərqdə sabitliyin bərpasını dəstəkləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
116
50
apa.az

10Mənbələr