AZ

İran tərəfi memorandum iddialarını rədd etdi

İran və ABŞ arasında aparılan danışıqlarla bağlı yayılan iddialar rəsmi təsdiqini tapmayıb.Metbuat.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi danışıqlar prosesinə yaxın mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Qərb mediasında tərəflər arasında memorandum layihəsinin yekunlaşdırıldığı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bildirilib ki, İran tərəfi vasitəçi Pakistan vasitəsilə sənədin təsdiqləndiyi barədə heç bir rəsmi məlumat verməyib.

Qeyd edək ki, daha əvvəl “Axios” nəşri Vaşinqton və Tehran arasında mümkün anlaşma mətninin razılaşdırıldığı barədə iddia ilə çıxış etmişdi.

Seçilən
340
metbuat.az

1Mənbələr