Ötən il Azərbaycanda abortların sayı artıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2025-ci ildə ölkə üzrə 95117 abort qeydə alınıb. Bu da son illər ərzində ən yüksək göstəricidir.
Belə ki, abortların sayı 2021-ci ildə 46877, 2022-ci ildə 57999, 2023-cü ildə 73816, 2024-cü ildə isə 78245 olub.