AZ

67 milyon yaşı olan dinozavr skeleti hərraca çıxarılır

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sothebys" indiyədək tapılmış ən böyük və ən tam Tiranozavr reks skeletlərindən birini hərraca çıxaracaq.

Axşam.az xəbər verir ki, 67 milyon il yaşı olan “Qas” adlı skelet 14 iyul tarixində Nyu-Yorkda keçiriləcək təbiət tarixi hərracının əsas lotu olacaq.

"Sothebys"ın qiymətləndirməsinə görə, skelet 20–30 milyon dollara satıla bilər. Bu məbləğ dinozavr skeleti üçün indiyədək müəyyən edilmiş ən yüksək ilkin qiymətləndirmə sayılır.

Qalıqlar ABŞ-ın Cənubi Dakota ştatının Hardinq dairəsində mərhum Qeri Qas Likinqə məxsus ranço ərazisində tapılıb. “Qas” ümumilikdə 183 fosil sümük elementindən ibarətdir. Onların arasında yaxşı qorunmuş kəllə sümüyü, iki ayaq və nadir çiyin sümüyü dəsti də var. Skeletin təxminən 63 faizinin qorunduğu bildirilir. Bəzi sümüklərdə sağalmış sınıq və dişləmə izləri görünür.

Yığılmış vəziyyətdə skeletin uzunluğu təxminən 11,5 metr, hündürlüyü isə 3,8 metrdir. Ölçü və qorunma vəziyyətinə görə “Qas” daha əvvəl hərraca çıxarılan məşhur "Stan" və "Sue" skeletləri ilə müqayisə olunur.

Hərracdan əvvəl “Qas” Nyu-Yorkdakı "Breuer" binasında ictimaiyyətə nümayiş etdiriləcək. Sərgi 1–14 iyul tarixlərində keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
1
axsam.az

2Mənbələr