AZ

İki əsrlik köləlik fərmanları ləğv edildi

Fransa hakimiyyəti ölkənin bütün müstəmləkələrində köləliyi tənzimləyən "Qara kodeks"in (Code Noir) ləğvi üçün yekdilliklə səs verib.

Publika.az xəbər verir ki, bu barədə "La Provence" nəşri məlumat yayıb.

1685-ci ildə XIV Lüdovik tərəfindən imzalanan və 60 maddədən ibarət olan bu sənəd kölələri "daşınan əmlak" kimi təsnif edirdi. Kodeksə əsasən, insanları alıb-satmaq, onları ağır fiziki işlərə məcbur etmək qanuni sayılırdı. Sənəddə həmçinin qaçmağa cəhd edən kölələr üçün qulaqların kəsilməsindən tutmuş ölüm cəzasına qədər sərt cəzalar nəzərdə tutulurdu.

Fransanın xarici ərazilər üzrə naziri Naima Muçu Milli Assambleyada çıxışı zamanı bu sənədin uzun müddətdir hüquqi qüvvəsini itirməsinə baxmayaraq, onun "biabırçı izlərinin" hələ də hiss olunduğunu bildirib və bu mətnin hüquq sistemindən tamamilə çıxarılmasını tələb edib.

Seçilən
15
publika.az

1Mənbələr