Belarus Prezidenti Aleksandr Lukaşenko süni intellektə (Sİ) qarşı olan qorxunu çin dilini öyrənmək qorxusu ilə müqayisə edib.
Publika.az TASS agentliyinə istinadla xəbər verir ki, o, bu barədə Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı danışıb.
Lukaşenko Çin lideri Si Cinpinlə birgə şam yeməyi zamanı eşitdiyi fikri xatırladıb:
"O zaman Si Cinpin çox dəqiq bir fikir söyləmişdi və mən bunu hələ də unutmuram: "Çin dilini öyrənməkdən qorxmaq lazım deyil". Süni intellekt məsələsi də eynidir; xüsusilə yaşlı nəslin nümayəndələri bu texnologiyadan əsassız olaraq çəkinirlər".