Lüksemburq Böyük Hersoqluğunun Moskvadakı səfiri Tomas ReysenRusiya Xarici İşlər Nazirliyinə çağırılaraq ona nazirliyin sərt etirazı bildirilib.
Bu barədə RİA Novosti xəbər verir. Xəbərə görə, XİN sözçüsü Mariya Zaxarova bildirib ki, reaksiya Rusiyada ekstremist təşkilat kimi tanınan Ukrayna Millətçiləri Təşkilatının (OUN) liderlərindən biri olan Andrey Melnikin və onun həyat yoldaşının qalıqlarının 19 mayda Lüksemburqda Ukraynada yenidən dəfn edilməsi üçün eksqumasiyasından sonra baş verib.
Onun sözlərinə görə, Rusiya tərəfi Lüksemburq hakimiyyətinin hərəkətlərini İkinci Dünya savaşının milyonlarla qurbanının xatirəsinə hörmətsizlik və nasistlərin və onların tərəfdarlarının qəhrəmanlaşdırılmasında iştirak kimi qiymətləndirib. O, həmçinin, “Kiyev rejiminin neonasist təbiətinə” toxunaraq, bunun, Lüksemburq da daxil olmaqla, Qərb tərəfdaşlarının maliyyələşdirilməsi ilə təmin olunduğunu vurğulayıb və xüsusi hərbi əməliyyat keçirmək qərarının haqlı olduğunu bildirib.
SAMİRƏ