AZ

“Elə bildim öz doğma balam gəlib...”

Şuşanın vüqarlı dağlarının qoynunda, tarixin izlərini daşlarında yaşadan bir kənd var - Böyük Qaladərəsi. Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxil olan bu yurd yeri otuz ilə yaxın düşmən tapdağı altında xarıbülbül tək boynu bükük qalmışdı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1990-cı illərin qanlı yaddaşı ilə başlayan ağrı-acılı günlər kəndin küçələrinə sükut, evlərinə isə həsrət köçürmüşdü.

Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər və həyata keçirilən uğurlu anti-terror əməliyyatı sayəsində bu sükut darmadağın oldu. "Dəmir yumruq" düşmənin başını əzdi və bu yerlərdə yenidən sevincli günlər başladı. Böyük Qaladərəsi illər sonra nəhayət, öz doğma sahiblərinə qovuşdu.

Publika.az AZƏRTAC-ın əməkdaşlarının Şuşanın Böyük Qaladərəsi kəndindən hazırladığı reportajı təqdim edir:

Bu gün kənddə tamamilə fərqli bir ab-hava vardı. Vaxtilə silah səslərinin eşidildiyi bu torpaqlarda indi quruculuq və abadlıq işləri geniş vüsət alıb. Böyük Qaladərəsini yenidən canlandırmaq, sakinlərin rahat və firavan yaşayışını təmin etmək üçün genişmiqyaslı layihələrə start verilib. Belə ki, kəndin qaranlıq gecələrinə nura boyamaq üçün yeni transformator quraşdırılıb, elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə işlər də görülüb. Hazırda kənddə rabitə xətləri çəkilir. Kənddaxili yollar da abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsi kəndində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Seçilən
22
publika.az

1Mənbələr