AZ

Laçında Müstəqillik Günü musiqi və rəqslə qeyd edildi

Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Publika.az-a verilən məlumata görə, tədbir Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Xəzər Universitetinin və “Lachin Resort & Spa” İstirahət Kompleksinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Tədbirdə Xəzər Universitetinin qızlardan və oğlanlardan ibarət rəqs ansamblı çıxış edib.

Proqram çərçivəsində görkəmli sənətkarların, respublika və beynəlxalq müsabiqələr laureatlarının repertuarlarından musiqi nömrələri, bəstəkar əsərləri və xalq mahnıları təqdim olunub.

Seçilən
0
2
publika.az

3Mənbələr