AZ

Cəlilabadda suda boğulan gənc tələbə imiş və iyulda əsgərliyə gedəcəkdi - YENİLƏNİB

Cəlilabad rayonunda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

Hadisə rayonun Privolnoye kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu dostları ilə birlikdə kənd ərazisindən axan çayın yaxınlıqda olan su hövzəsinə çimməyə gedib. O çimən zaman ehtiyatsızlıq nəticəsində suda boğulub.

Orada olan dostları onu xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Sonra onun cansız bədəni sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, mərhum ailənin üç övladından biri olub.

Elşən Abbasov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunda təhsil alırdı və iyul ayında hərbi xidmətə yola düşəcəkdi. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Cəlilabad sakini suda boğulub.

Hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu su hövzəsində üzən zaman boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//Report

Seçilən
62
15
musavat.com

10Mənbələr