AZ

Cəlilabadda 18 yaşlı gənc suda boğuldu

Cəlilabad rayonunda 18 yaşlı gənc suda boğulub.

Publika.az xəbər verir ki, hadisə rayonun Privolnye kəndində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu qardaşları ilə birlikdə kənd ərazisindəki kiçik su hövzəsində çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub.

Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Seçilən
29
7
publika.az

9Mənbələr