"Monako"nun yeni baş məşqçisinin kimliyi bəll olub.
Fanat.Az xəbər verir ki, Fransa klubu tezliklə braziliyalı məşqçi Filipe Luisə tapşırılacaq.
Məlumatı tanınmış insayder Nikolo Skira sosial media hesabı üzərindən yayıb:
"Monako" yaxın günlərdə baş məşqçi Sebastyan Pokonyoli ilə yollarını ayırmağı planlaşdırır. Onu Filipe Luis əvəz edəcək. Felipe ilə müqavilənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub".
40 yaşlı Luis daha əvvəl Braziliyanın "Flamenqo" klubuna rəhbərlik edib.
"Monako" 2025/26 mövsümünün sonunda Liqa 1-in turnir cədvəlində 34 oyundan 54 xalla yeddinci yerdə qərarlaşıb. Sözügedən komanda Konfrans Liqasında çıxış edəcək.