Slovakiyanın paytaxtı Bratislava şəhərində minifutbol üzrə Avropa çempionatı keçirilir.
Publika.az xəbər verir ki, Azərbaycan milli komandası bu gün ilk oyununa çıxacaq.
Elşad Quliyevin rəhbərlik etdiyi komanda Avstriya yığması ilə üz-üzə gələcək. Qarşılaşma saat 15:30-da start götürəcək.