AZ

“Brentford” onun üçün 45 milyon avro ödəməyə hazırdır

“Brentford” klubunun rəhbərliyi yay transfer dövründə “Köln”ün gənc hücumçusu Said Əl Malanı heyətə qatmaq üçün ciddi məbləğ xərcləməyə hazırdır.

90deqiqe.Az-ın “Bild"ə istinadən məlumatına görə,İngiltərə təmsilçisi 19 yaşlı futbolçu üçün 40 milyon avro, əlavə olaraq isə təxminən beş milyon avro bonus ödəməyi planlaşdırır. Bundan başqa, “Köln” almaniyalı oyunçunun növbəti satışından 15 faiz pay əldə edəcək.

Qeyd olunur ki, bundan əvvəl gənc hücumçu ilə “Mançester Yunayted”, “Tottenhem” və “Barselona” klublarının da maraqlandığı barədə xəbərlər yayılmışdı.

Xatırladaq ki, Said Əl Mala bu mövsüm Almaniyanın yüksək liqasında “Köln”ün heyətində 34 oyunda meydana çıxıb, 13 qol vurub və dörd məhsuldar ötürmə edib.

Seçilən
21
90deqiqe.az

1Mənbələr