AZ

"Çelsi" Qarnaço ilə bağlı qərar verib

“Çelsi” klubu argentinalı cinah oyunçusu Alexandro Qarnaço ilə bağlı qərarını verib.

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi 21 yaşlı futbolçu ilə qarşıdakı yay transfer dövründə yollarını ayırmağı planlaşdırır. Klub rəhbərliyi Qarnaçonun satışından 46 milyon avro gəlir əldə etməyi hədəfləyir.

Argentinalı futbolçunun əsas namizədlərindən biri kimi İtaliyanın “Napoli” klubu göstərilir. Neapol təmsilçisi artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.

Qarnaçonun “Çelsi” ilə qüvvədə olan müqaviləsinin müddəti 2032-ci ilin iyun ayının sonunda başa çatır. O, komandaya 2025-ci ilin yayında qoşulub.

Futbolçu ötən mövsüm İngiltərə çempionatında 24 oyuna çıxıb, bir qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
27
90deqiqe.az

1Mənbələr