AZ

“Atalanta”nın müdafiəçisi “Çelsi”nin hədəfində

“Atalanta”nın müdafiəçisi Marko Palestra karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “TEAMtalk” məlumat yayıb.

Bildirilir ki, futbolçunun transferində “Çelsi” maraqlıdır. Lakin London klubunun rəqabətə tab gətirməsi lazım olacaq, çünki “İnter” də 21 yaşlı futbolçu üçün 45 milyon avro dəyərində təklif hazırlayır.

2025/26 mövsümündə Palestra icarə əsasında “Kalyari”də çıxış edib. O, “Atalanta” akademiyasının yetirməsidir və Bergamo klubuyla müqaviləsi 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub.

Geridə qalan mövsümdə müdafiəçi “Kalyari”nin heyətində 37 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun bazar dəyəri “Transfermarkt” tərəfindən 30 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
22
90deqiqe.az

1Mənbələr