AZ

"Yuventus" “Real"ın hücumçusu ilə danışıqlara başlayıb

“Real Madrid”in yarımmüdafiəçisi Braim Dias karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.

90deqiqe.Az-ın “La Stampa”ya istinadən məlumatına görə,  mərakeşli futbolçunun transferində “Yuventus” maraqlıdır. Turin klubu artıq oyunçunun ətrafı ilə əlaqə saxlayıb və qarşı tərəf “Yuventus”un təklifini nəzərdən keçirməyə razılıq verib.

Diasın “Real”dakı gələcəyi isə hələ də qeyri-müəyyəndir. Çünki yarımmüdafiəçinin klubun baş məşqçisi ola biləcək Joze Mourinyonun planlarına daxil olub-olmadığı məlum deyil.

O, daha əvvəl “Milan”ın heyətində çıxış etmişdi.

Braim Dias 2019-cu ildə “Mançester Siti”dən “Real Madrid”ə 17 milyon avroya transfer olunub. Onun müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.

2025/26 mövsümündə futbolçu “Real”ın heyətində 42 oyuna çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə verib.

Seçilən
28
90deqiqe.az

1Mənbələr