“Barselona” “Tottenhem”in mərkəz müdafiəçisi Kristian Romeronu transfer siyahısında saxlamaqda davam edir.
90deqiqe.Az-ın “Diario SPORT”a istinadən məlumatına görə, Kataloniya klubu “şporlar”ın kapitanını heyətinə qatmaqda maraqlıdır, lakin onun üçün tələb olunan 60 milyon avronu ödəmək niyyətində deyil.
“Blauqrana” transfer qiymətini azaltmaq üçün razılaşmaya öz futbolçularından birini daxil etməyi də nəzərdən keçirir.
Daha əvvəl yayılan xəbərlərə görə, “Barselona” “Tottenhem” Premyer Liqanı tərk edəcəyi təqdirdə Romeronu transfer etməyə çalışa bilərdi. Lakin London klubu mövsümü 17-ci pillədə başa vuraraq elit divizionda yerini qoruyub.
28 yaşlı müdafiəçinin müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.