Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Şuşada “Şən Azərbaycan” mahnısını ifa edib.
“Qafqazinfo” xəbər veirir ki, bu barədə səfir feysbuk hesabında paylaşım edib.
“Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mahnı ilə oğlum Azərbaycana olan hörmətini və sevgisini ifadə edir”, - paylaşımda qeyd olunub.
Esaulenko həmçinin paylaşıma oğlunun sözügedən mahnını ifa etməsini əks etdirən video da əlavə edib.
Həmin görüntüləri təqdim edirik:
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.