Avropa Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün danışıqlarda maraqlarını kimin təmsil etməsi ilə bağlı mübahisələrə qapılmamalıdır.
Bunu AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib. "Düşünürəm ki, bu bir tələdir. Rusiya istəyir ki, onlarla kimin danışacağını müzakirə edək. Onlar artıq kimin uyğun olduğunu, kimin uyğun olmadığını müəyyən edirlər. Gəlin bu tələyə düşməyək", - deyə Avropa diplomatik departamentinin rəhbəri 28 may cümə axşamı səhəri Limasolda keçirilən Aİ Xarici İşlər Nazirlərinin Zirvə toplantısına gələrkən bildirib.
Bununla əslində, Kallas dolayı yolla Avropa Birliyinin Rusiya Prezidenti Vladimir Putinlə konkret bir danışıqçı təyin etməmək qərarına gəldiyi barədə mediada yayılan məlumatları təsdiqləyib. O, həmçinin deyib ki, Rusiya ilə potensial sülh danışıqlarında Aİ təkcə Ukraynanı deyil, həm də Dnestryanı, Abxaziya və Cənubi Osetiyadakı Rusiya qoşunları məsələsini müzakirə etməyi vacib hesab edir.
Rusiya qoşunlarının Moldova və Gürcüstanın bu bölgələrindən çıxarılmasının Avropa təhlükəsizliyi üçün vacib olduğunu vurğulayan Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Rusiya digər ölkələrdəki seçkilərə müdaxilə etməməlidir.
"Rusiya qonşularına hücum etməməyi və onların suverenliyinə hörmət etməyi öhdəsinə götürən beynəlxalq müqavilələrə hörmət etməlidir"- Kallas bildirib.
SAMİRƏ