AZ

Rektorların Müstəqillik Günü ilə bağlı TƏBRİKLƏRİ

Ölkənin ali təhsil müəssisələrinin rektorları Müstəqillik Günü münasibətilə sosial şəbəkə hesablarında təbrik mesajları yayıblar. Paylaşımlarda Azərbaycan dövlətçiliyinin gücü və vətənpərvərlik ruhu vurğulanıb.

AzEdu.az həmin paylaşımları təqdim edir:

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (UNEC) Ədalət Muradov:

"28 May - Müstəqillik Günü Azərbaycan xalqının azadlıq ruhunun, milli iradəsinin və dövlətçilik ənənələrinin təcəssümü olan tarixi bir gündür. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə biz müstəqil, suveren və ərazi bütövlüyünü təmin etmiş qüdrətli bir ölkənin vətəndaşı olmağın böyük qürurunu və məsuliyyətini daşıyırıq. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun, dövlətimizin bayrağı daim zirvələrdə dalğalansın! Müstəqilliyin mübarək, Azərbaycan!"

184142

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev:

"28 May – Müstəqillik Günümüz mübarək! Müstəqilliyimiz xalqımızın ən böyük sərvəti, milli birliyimizin və dövlətçilik iradəmizin təcəssümüdür. Bu dəyərlərə sahib çıxmaq və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur!

Ulu Öndər Heydər Əliyevin dediyi kimi: Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!".

184143

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov:

"28 May - Müstəqillik Gününüz mübarək!"

184144

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov:

"28 May - Azərbaycanın Müstəqillik Günü".

184145

Qarabağ Universitetinin rektoru Şahin Bayramov:

"28 May Azərbaycanın Müstəqillik Günüdür!  Müstəqilliyimiz əbədi olsun!".

184146

 

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov:

184147

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev:

“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

Ulu öndər Heydər Əliyev".

184148

 

Seçilən
40
azedu.az

1Mənbələr