AZ

Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır?

“Sülh Şurası”nın milyardları haradadır?;   "Financial Times" qəzeti Bakının təkzib etdiyi pul məsələsini yenə yada saldı  

ABŞ prezidenti Donald Trump tərəfindən yaradılmış “Sülh Şurası” (SŞ) üçün vəd edilən 17 milyard dolların faktiki olaraq mövcud olmadığı məlum olub. Musavat.com xəbər verir ki, nu barədə "Financial Times" qəzeti öz mənbələrə istinadən məlumat yayıb. Mənbələrdən birinin sözlərinə görə, “fonda  1 sent belə yatırılmayıb". Əslində bu məbləğ Qəzza sektorunun bərpası üçün nəzərdə tutulmuş fonda aid idi və həmin fond Dünya Bankı tərəfindən idarə olunmalı idi. Lakin məlum olub ki, bu istiqamətdə heç bir real maliyyə köçürməsi baş verməyib.

PictureBununla yanaşı, təşkilatın "JPMorgan Chase" bankında açılmış digər hesabına müəyyən vəsait daxil olub. Ümumilikdə 123 milyon dollara yaxın vəsait toplanıb ki, bunun 120 milyon dollarını Birləşmiş Ərəb Əmirlikləri, 3 milyon dollarını isə Mərakeş ayırıb. Bu vəsaitin 23 milyon dolları artıq təşkilatın aparat xərclərinə, o cümlədən nümayəndə Nikolay Mladenovun ofisinin saxlanmasına və əməkdaşların maaşlarına sərf edilib. Qalan 100 milyon dollar isə Qəzzada təhlükəsizlik qüvvələrinin hazırlanması üçün nəzərdə tutulsa da, hələ istifadə olunmayıb.

Diqqətçəkən məqamlardan biri də odur ki, Dünya Bankı vasitəsilə həyata keçirilən əməliyyatlardan fərqli olaraq," JPMorgan" üzərindən aparılan maliyyə əməliyyatları şəffaflıq və hesabatlılıq qaydalarına tam tabe deyil.

Daha böyük məbləğlərə gəldikdə isə onlar hələ də yalnız vəd səviyyəsində qalır. ABŞ 10 milyard dollar ayıracağını bəyan edib. Digər üzv ölkələr – o cümlədən Səudiyyə Ərəbistanı, Qətər, Qazaxıstan, Azərbaycan, BƏƏ və Mərakeş – ümumilikdə 7 milyard dollara qədər vəsait vəd ediblər. Bundan əlavə, Vladimir Putin də dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolların bu təşəbbüsə yönəldilə biləcəyini istisna etməyib. Lakin bu planların heç biri hələlik reallaşmayıb.

Eyni zamanda, BMT çərçivəsində yaradılması nəzərdə tutulan və Qəzzada sabitliyi təmin etməli olan beynəlxalq təhlükəsizlik kontingenti də (ISF) hələ formalaşdırılmayıb. Bunun səbəbi təkcə maliyyə və təşkilati çətinliklər deyil, həm də bölgədə mürəkkəb hərbi-siyasi vəziyyətin davam etməsidir. İsrail ordusunun Qəzza ərazisində mövcudluğu və HƏMAS hərəkatının silahsızlanmaq istəməməsi bu prosesi daha da çətinləşdirir.

Picture

“Sülh Şurası”nın fəaliyyəti ilə bağlı digər diqqətçəkən məqam onun informasiya aktivliyinin son dərəcə zəif olmasıdır. Rəsmi sayt yanvar ayından bəri demək olar ki, yenilənməyib və son məlumat 22 yanvar tarixində – təşkilatın nizamnaməsinin imzalanması ilə bağlı dərc olunub. Saytda təqdim olunan bəzi məlumatlar da artıq köhnəlib. Ekspertlər layihənin perspektivlərinə olduqca skeptik yanaşırlar. Onların fikrincə, təşkilatın hüquqi statusu, səlahiyyətləri və real fəaliyyət mexanizmləri qeyri-müəyyəndir. Bu isə onu göstərir ki, “Sülh Şurası” daha çox siyasi təşəbbüs xarakteri daşıyır, nəinki real beynəlxalq institut.

Bəzi analitiklər hesab edir ki, bu təşəbbüsün əsas məqsədi mövcud beynəlxalq strukturlara alternativ yaratmaq və ABŞ-ın Yaxın Şərqdə təsir imkanlarını genişləndirməkdir. Bu kontekstdə layihə həm də Rusiya və Çinin regiondakı rolunu zəiflətmək cəhdi kimi qiymətləndirilir.

PictureDigər tərəfdən, regionda davam edən gərginlik – xüsusilə İran ətrafında vəziyyətin kəskinləşməsi – belə təşəbbüslərin həyata keçirilməsini daha da çətinləşdirir. ABŞ-ın özünün beynəlxalq hüquqla bağlı mübahisəli addımları isə onun “sülh qurucusu” kimi imicinə zərbə vurur. 

Yazıda Azərbaycanla bağlı məqama gəlimncə, rəsmi Bakı prezidentin köməkçisi Hikmət Hacıyev səviyyəsində "Sülh Şurası"nda maliyyə layihəsində ölkəmizin iştirakının nəzərdə tutulmadığını deyib.  Prezidentin köməkçisi onu qeyd edib ki, gələcəkdə Azərbaycan tərəfindən “Sülh Şurası” vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər. "Azərbaycan təsisçi üzv dövlət kimi “Sülh Şurası”nın məqsəd və məramlarını dəstəkləyir", - Hikmət Hacıyev vurğulayıb.

Musavat.com 

Seçilən
27
musavat.com

1Mənbələr