AZ

“Palmeyras” Qabriel Xesu­sun geri qayıtmasını istəyir

“Arsenal”ın hücumçusu Qabriel Xesus Braziliyaya qayıda bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Nosso Palestra” məlumat yayıb.

Bildirilir ki, “Palmeyras” hücumçunun transferində maraqlıdır və onunla əlaqələri davam etdirir. Bununla belə, futbolçu “Arsenal”dakı gələcəyinin qeyri-müəyyən olmasına baxmayaraq, hələ 2–3 il Avropada qalmaq niyyətindədir.

Xesusun xidmətində “Atletiko” və “Milan” klubları da maraqlıdır.

Qabriel Jezus “Palmeyras” akademiyasının yetirməsidir. O, 2022-ci ildə 52 milyon avro qarşılığında “Mançester Siti”dən “Arsenal”a transfer olunub.

Onun klubla müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

2025/26 mövsümündə hücumçu London klubunun heyətində 27 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

Seçilən
54
90deqiqe.az

1Mənbələr