AZ

Kallas: Aİ Moskva ilə Kiyev danışıqlarında Rusiya ordusuna məhdudiyyətlər tələb edəcək

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kaja Kallas bildirib ki, Avropa İttifaqı (Aİ) Ukrayna ilə bağlı danışıqlar başlayacağı təqdirdə Rusiyanın silahlı qüvvələrinə də məhdudiyyətlərin tətbiqini tələb etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, Kallas bu barədə Kiprdə Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü öncəsi jurnalistlərə açıqlama verərkən bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynadan hansı güzəştləri tələb edirsə, eyni yanaşma Rusiyaya da tətbiq olunmalıdır. “Əgər hərbi məhdudiyyətlər Ukraynaya şamil edilirsə, eyni məhdudiyyətlər Rusiyaya da aid edilməlidir”, – deyə o vurğulayıb.

Kallas həmçinin bildirib ki, Aİ Moldovada və Gürcüstanda Rusiya qoşunlarının çıxarılmasını da tələb edəcək. O, Gürcüstanla bağlı danışarkən əsasən Cənubi Osetiya və Abxaziya bölgələrini nəzərdə tutub, çünki Gürcüstanın beynəlxalq səviyyədə tanınan ərazisində Rusiya hərbi qüvvələri yoxdur.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
icma.az

1Mənbələr