Rubio ilə imzalanmış sənədlə Ermənistanın nadir torpaq elementlərinin böyük ehtiyatları Vaşinqtonun nəzarətinə keçib
Rusiyanın rəsmi olaraq Ermənistana qaz və neft məhsullarının, eləcə də xam almazın ixracını dayandırılacağı ilə bağlı xəbərdarlığı artıq gecdir və faydasızdır. Musavat.com Rusiya mediasına istinadən xəbər xəbər verir ki, Rusiya politoloqları Kremlin sanksiya hədəsinə münasibət bildirərkən belə deyiblər. Yaxın Şərq və Orta Asiya məsələləri üzrə ekspert Semyon Baqdasarov “Svobodnaya Pressa”ya açıqlamasında deyib ki, Kreml bu addımı daha əvvəl atmalı idi: “Paşinyan 2018-ci ildə ABŞ-ın dəstəyi ilə Rusiyaya düşmən olan Britaniya və Türkiyə kəşfiyyat xidmətləri tərəfindən hakimiyyətə gətirilib. Beləliklə, İrəvana bu xəbərdarlıqla tam səkkiz il gecikmişik. Mən şəxsən mövcud vəziyyəti təsvir etmək üçün daha dəqiq, lakin daha sərt bir söz istifadə edərdim. Çünki bəli, məhz belə oldu. İndi isə əminliklə deyə bilərik ki, Ermənistan təsir zonamızdan ABŞ qanadına keçib. Dövlət katibi Marko Rubio İrevana səfəri zamanı hava limanından belə çıxmadan Ermənistanın xarici işlər naziri Mirzoyanla üç sənəd imzalayıb və sənədə əsasən, Ermənistanın bütün təbii sərvətləri Vaşinqtonun nəzarətinə keçir.”Qeyd edək ki, Ermənistanla ABŞ TRIPP (“Tramp yolu”) layihəsi haqda strateji tərəfdaşlıq, mineralların və nadir torpaq ehtiyatlarının tədarükünün təmin edilməsi haqqında çərçivə sazişini paraflayıblar. Həmçinin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq xartiyasını imzalayıblar. Semyon Baqdasarov nadir torpaq ehtiyatları haqda sənənədə xüsusi diqqət ayırıb. Onun dediyinə görə, bu müqavilə ilə Ermənistanda dünyanın molibden ehtiyatlarının 8% Ermənistandadır. Bu müqavilə ilə mis, qızıl və daha çox şeyin, o cümlədən ABŞ hərbi-sənaye kompleksinin mövcud ola bilməyəcəyi nadir torpaq elementlərinin böyük ehtiyatları Vaşinqtonun nəzarətinə keçib.
Politoloqun deduiyinə görə, Ermıənistandakı bugünkü paradda bir dənə də olsun Rusiya texnikası olmayacaq , yalnız NATO modelləri nümayiş etdiriləcək ki, bu da Moskvaya açıq mesajdır. Politoloq onu da deyib ki, Gümrüdəki hərbi bazamızın çıxarılması sadəcə zaman məsələsidir. Paşinyan seçkilər nəticəsində ölkədə möhkəmləndikdən sonra sərhədçilər də Ermənistanı tərk edəcəklər. “Paşinyan və onun şirkəti artıq Azərbaycan vasitəsilə karbohidrogen tədarükünü qismən qurublar və Türkiyə vasitəsilə elektrik enerjisi daşımağı düşünürlər. Bu yaxınlara qədər bu marşrut Ermənistandan yan keçirdi, amma indi onun ərazisindən keçən və hazırda həyata keçirilməsinin şahidi olduğumuz "Tramp yolu”onu daha qısa edəcək. Bunun nə demək olduğunu izah etməyə ehtiyacım varmı? Şəxsən mən yaxın gələcəkdə Cənubi Qafqazda nüfuzumuzu bərpa etmək şansımıza çox şübhə ilə yanaşıram”.
MGIMO-nun Avropa hüququ üzrə dosenti Nikolay Topornin isə o fikirdədir ki, Rusiya yaxın ətrafı olan ölkələrlə yaxşı münasibətlər qurmaq siyasəti üzərində ciddi şəkildə işləməlidir. “Biz, həmişə olduğu kimi, kiçik dövlətlərin bir sıraya düzülməsini, belə demək mümkünsə, baş əyməsini gözləyirik .Əgər onlar bunu etmirlərsə, deməli, biz onları tanımırıq və ya görmürük. Biz aydın şəkildə bildiririk ki, fransızlar, almanlar və ya amerikalılarla danışmaqda daha çox maraqlıyıq. Keçmiş Sovet respublikaları ilə dialoqa girməyi heç də zəruri hesab etmirik. Biz deyirik ki, onlar sürünərək bizə doğru gəlməlidirlər. Bu "imperiya kompleksindən" qurtulmalıyıq. Mən uzun müddətdir ki, buna diqqət çəkirəm və deyirəm ki, kiçik ölkələr, xüsusən də millətçi hökumətləri olan ölkələr xüsusi yanaşma tələb edir”deyə, o bildirib.
Toporninin dediyi kimi, Rusiya mütləq kimisə "qanadının altına" gətirməyi hədəfləməməlidir. Rusiya sadəcə Belarusdan Qazaxıstana qədər bütün keçmiş sovet respublikalarının öz maraqlarının olduğunu başa düşməlidir. Buna görə də, SSRİ-nin artıq uzaq keçmişin sadəcə bir səhifəsi olduğu yeni nəsil vətəndaşların gəlişi nəzərə alınmaqla, perspektivli iqtisadi qarşılıqlı modellər vasitəsilə onlarla müsbət əlaqələr qorunmalıdır.
Musavat.com