AZ

Biləcəridə yol xaosu: "Heç kim bura ikinci dəfə gəlmək istəmir" - VİDEO

Biləcəri qəsəbəsi, Xudadat bəy Məlikaslanov küçəsinin sakinləri yolun bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
 
Moderator.az xəbər verir ki, sakinlər problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
 
Onların sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, hələ ki heç bir müsbət nəticə yoxdur.
 
Şikayətçi sakinlərdən biri küçədəki mövcud vəziyyəti belə ifadə edib:
 
"Yolun bərbadlığına görə heç kim bura ikinci dəfə gəlmək istəmir. Təcili tibbi yardımı çağırırıq, lakin sürücülər bu küçəyə girməkdən imtina edirlər. Əslində, sürücüləri də qınamaq olmur, çünki yollar tamamilə dağılıb".
 
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ünvanda asfalt örtüyünün yenidən qurulması və bərpası məsələsi artıq diqqətdədir:
 
"Sözügedən küçə icra hakimiyyəti tərəfindən təmirə ehtiyacı olan yolların siyahısına salınıb və aidiyyəti quruma rəsmi müraciət ünvanlanıb. Asfaltlama prosesi mərhələli şəkildə həyata keçirildiyi üçün növbə mütənasibliyinə uyğun olaraq həmin ünvanda da təmir və yenidənqurma işləri aparılacaq".
Seçilən
40
1
moderator.az

2Mənbələr