AZ

Süni intellekt riyaziyyatda yeni uğurlar qazandı İnsan bacara bilməmişdi

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

“Google DeepMind” yeni süni intellekt sistemi “AlphaProof Nexus”un uzun illərdir açıq qalan bəzi mürəkkəb riyaziyyat problemlərini həll etdiyini açıqlayıb.

Lent.az xəbər verir ki, şirkətin məlumatına görə, sistem məşhur macar riyaziyyatçısı Pol Erdosun irəli sürdüyü yüzlərlə açıq problemdən doqquzunu insan müdaxiləsi olmadan həll edə bilib. Onlardan bəzisi onilliklərdir cavabsız qalırdı.

“DeepMind” bildirir ki, AI yalnız cavab verməyib, həm də riyazi sübutları formal şəkildə yoxlayaraq səhvləri azaltmağa çalışıb.

Ekspertlər bunu süni intellektin artıq təkcə köməkçi vasitə deyil, elmi araşdırmalarda yeni ideyalar irəli sürə bilən alətə çevrilməsi istiqamətində mühüm addım hesab edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
114
lent.az

1Mənbələr