AZ

Superdövlətdə demoqrafik inqilab – ağdərililər "əriyir"

ABŞ-da yaxın onilliklərdə demoqrafik mənzərənin ciddi şəkildə dəyişəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, buna beynəlxalq və daxili miqrasiya, eləcə də doğum səviyyəsinin azalması əsas səbəblər kimi göstərilir.

Məlumata görə, 1980-ci ildə ABŞ əhalisinin 80 faizini ağdərililər təşkil edirdi. Proqnozlara əsasən, 2050-ci ilə qədər bu göstərici 47 faizə enə bilər. 2060-cı ildə isə ağdərili əhalinin payının 44 faizə qədər azalacağı gözlənilir.

Beləliklə, ABŞ tarixində ilk dəfə ağdərili əhalinin ölkə üzrə çoxluq statusunu itirəcəyi ehtimal olunur.

 

Musavat.com

Seçilən
120
musavat.com

1Mənbələr