TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas elementidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-nin Dövlət katibi Marko Rubio Kabinet iclasında deyib.
O, ötən gün Ermənistana səfəri zamanı müvafiq layihənin paraflandığını xatırladıb.
Xatırladaq ki, mayın 26-da Ermənistan ilə ABŞ arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişi paraflanıb.