AZ

Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

Azərbaycan və Bolqarıstan arasında ticarət-iqtisadi və qarşılıqlı sərmayə əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük potensial var.

AZƏRTAC xəbər verir ki, bunu Bolqarıstanın Baş nazirinin müavini Aleksandr Pulev Sofiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda deyib.

Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edən Aleksandr Pulev Azərbaycanın Bolqarıstanın etibarlı strateji tərəfdaşı olduğunu vurğulayıb.

Baş nazirin müavini ölkəsinin enerji mənbələrinin şaxələndirilməsinə və regional enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsini yüksək qiymətləndirib, həmçinin Trans-Xəzər nəqliyyat dəhlizinin və Avropa ilə Asiyanı birləşdirən rəqəmsal bağlantı təşəbbüslərinin strateji əhəmiyyətini xüsusi olaraq qeyd edib.

Seçilən
0
3
azerbaijan-news.az

4Mənbələr