AZ

Paşinyan: "Ermənistan hər iki istiqaməti paralel inkişaf etdirəcək"

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkə həm Avrasiya İqtisadi İttifaqında üzvlüyünü davam etdirəcək, həm də Avropa İttifaqı standartlarına uyğun islahatlar aparacaq.

Moderator.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan bunu Abovyan şəhərində seçkiqabağı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan hələlik bu iki istiqaməti paralel şəkildə davam etdirə bilər, lakin seçim etməli olacağı halda qərarı xalq verəcək.

Baş nazir qeyd edib ki, onun əsas vəzifəsi alternativ imkanlar yaratmaqdır.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, Ermənistanın Aİ-yə inteqrasiya istiqamətində atdığı addımlar Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın dayandırılmasına və mövcud güzəştlərin itirilməsinə gətirib çıxara bilər.

Seçilən
114
1
moderator.az

2Mənbələr