AZ

Paşinyan Ermənistanla bağlı planlarını açıqlayıb

ain.az, Milli.az saytına istinadən bildirir.

Paşinyan Ermənistan ərazisindən qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb

Ermənistan Baş naziri Nikol Paşinyan respublika ərazisindən tranzit qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, o bunu seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüşdə bəyan edib.

"Ölkəmizin ərazisindən qaz kəməri keçəcək, biz bu tranzitə görə qaz alacağıq", - Ermənistan Baş naziri bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan artıq şərqdən qərbə dəmir yolu əlaqəsinə malikdir, həmçinin Axalkalaki - Qars dəmir yoluna çıxışı var.

O həmçinin qeyd edib ki, Azərbaycan ərazisindən keçən dəmir yolu açılıb və yaxın zamanda TRIPP layihəsi ("Tramp marşrutu") fəaliyyətə başlayacaq.Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
2
news.milli.az

3Mənbələr